ABŞ Vladimir Potaninə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır

ABŞ Vladimir Potaninə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır

Vaşinqton rusiyalı iş adamı Vladimir Potaninə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bu gün “The Wall Street Journal” yazıb.

Media qeyd edir ki, ABŞ cümə axşamı sahibkara qarşı məhdudiyyətlər elan etməyə hazırlaşır.

Rus saytlarının məlumatına görə, sanksiyalar “İnterros” holdinqinə, eləcə də “Rosbank”a təsir edəcək, prezidenti Potanin olan “Norilsk Nikel” mədən-metallurgiya şirkəti isə məhdudiyyətlərə məruz qalmayacaq. Bundan əlavə, biznesmenin həyat yoldaşı və yaxtasına qarşı sanksiyaların tətbiq olunacağı bildirilir.

Qeyd edək ki, Yeni sanksiyalar paketinə Rusiya hökumətinin bir neçə üzvü də daxil olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə