Ukrayna aviasiyası rusların mövqelərinə 10 zərbə endirib

Ukrayna aviasiyası rusların mövqelərinə 10 zərbə endirib

Ukrayna aviasiyası gün ərzində rus işğalçılarının mövqelərinə 10 zərbə endirib. SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, cari gün ərzində Ukrayna aviasiyası şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 7, işğalçıların zenit-raket komplekslərinin mövqelərinə isə 3 zərbə endirib.

Qeyd edək ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı axşam hesabatında bildirib.

Həmçinin qeyd edilir ki, Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri iki komanda məntəqəsini və düşmənin şəxsi heyətinin cəmləşdiyi 8 məntəqəni vurub.

...Gürcü legionunun döyüşçüləri Donetsk vilayətinin Baxmut rayonunda “Vaqner PMC”-nin muzdlularının hücum qrupunu məhv ediblər. İşğalçıların itkiləri təxminən onlarla işğalçıya bərabər olub.

Rusiya hərbçiləri Ukraynada kütləvi şəkildə ölməkdə davam edir. Xüsusilə, Ukrayna Silahlı Qüvvələri ötən gün Donbasda 100-dən çox işğalçını məhv edib.

Bunu da Ukrayna tərəfi bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə