Bu dəfə Ukrayna saytları Ukrayna Silahlı Qüvvələrinin ötən gün Donbasda 100-dən çox rus döyüşçüsünü öldürdüklərini yazıb.
SİA Ukrayna saytlarına istinadən xəbər verir ki, Milli Müqavimət Mərkəzinin məlumatına görə, bu nəticə Ukrayna hərbçilərinin əməkdaşlığı sayəsində mümkün olub. Ukrayna müdafiəçiləri dəqiq zərbə ilə rəşistlərin şəxsi heyətini və hərbi texnikasını məhv ediblər. Qeyd olunur ki, hər kəs rəşistlərə qarşı müharibədə qələbəyə cəlb oluna bilər.
“Əgər düşmən anbarının və ya komanda məntəqəsinin harada yerləşdiyini bilirsinizsə, o zaman linkdən istifadə edərək koordinatları bizə anonim şəkildə deyə bilərsiniz”.
Qeyd edək ki, bu fəallara ünvanlanan mesajdır.
Bundan əlavə, fəallar, “Vaqneritlər” üçün ovun davam etdiyini də xatırladıblar.
Müvəqqəti olaraq işğal olunmuş ərazilərin yerli əhalisindən özlərini “özəl ordu” adlandıran cinayətkarlar klasterinin yeri barədə məlumatları ötürmələri xahiş olunur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB