Ukrayna prezidenti Vladimir Zelenski telefon danışığında BMT-nin baş katibi Antoniu Quterreşdən Ukraynanın enerji obyektlərinə mütəxəssislərin mümkün qədər tez göndərilməsini istəyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə öz Telegram kanalında məlumat verib.
“Mən BMT ekspertlərini mümkün qədər tez Ukraynanın enerji obyektlərinə göndərməyə çağırdım”, - Ukrayna prezidenti yazıb.
O, həmçinin Quterreşlə taxıl müqaviləsini və Kiyevin irəli sürdüyü “Ukraynadan taxıl” ərzaq təşəbbüsünü müzakirə etdiyini qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Zelenski, sülhə nail olmaq üçün gələn il atılmalı olan üç addımı açıqlamışdı.
O, qeyd edib ki, gələn il üçün Ukraynanın müasir tanklara, maliyyə, enerji və sosial sabitlik dəstəyinə ehtiyacı var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB