Qərbin 74 faizi Ukraynanı dəstəkləyir

Qərbin 74 faizi Ukraynanı dəstəkləyir

Rusiyanın işğalından sonra Avropa İttifaqının Ukraynaya dəstəyini Avropa İttifaqına üzvü olan ölkə vətəndaşlarının 74 faizi dəstəkləyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu “Eurobarometer” sorğusunun məlumatları sübut edir. Qeyd edək ki, bu, Avropa Parlamentinin göstərişi ilə həyata keçirilib.

Qeyd olunur ki, Avropa İttifaqına üzv olan 24 ölkədə vətəndaşların əksəriyyəti Ukraynaya dəstəyi bəyənir. Eyni zamanda, ən yüksək səviyyə İsveç (97 faiz), Finlandiya (95 faiz), Hollandiya (93 faiz), Portuqaliya (92 faiz) və Danimarkada (92 faiz) qeydə alınıb.

O da əlavə edilir ki, yalnız üç ölkədə Ukraynaya dəstək səviyyəsi 50 faiz dən aşağıdır - Slovakiya (49 faiz), Yunanıstan (48 faiz) və Bolqarıstanda (48 faiz).

Onu da qeyd edək ki, Ukraynada on ay davam edən müharibədə Avropa İttifaqı tərəfindən Rusiya hökumətinə qarşı sanksiyalar və ya Ukraynaya maliyyə, hərbi və ya humanitar dəstək kimi konkret tədbirlərə dəstək 73 faiz səviyyəsində qalmaqda davam edir.

Maraqlıdır ki, Avropa İttifaqı vətəndaşlarının təxminən üçdə ikisi (65 faiz) müharibə və onun nəticələrinə görə həyatlarının dəyişəcəyinə inanırlar.

Yeri gəlmişkən sorğu oktyabrın 12-dən noyabrın 7-dək Avropa İttifaqına üzv olan 27 ölkənin hamısında aparılıb. Sorğunun üzbəüz və ümumilikdə 26 443 müsahibə aparıldığı deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə