Finlandiyada qiymət artımı 40 illik rekordu qırıb

Finlandiyada qiymət artımı 40 illik rekordu qırıb

Finlandiyada inflyasiya noyabrda 40 illik rekordu qıraraq, ölkənin statistika idarəsinin məlumatlarına görə 9,1 faizə yüksəlib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sonuncu dəfə belə yüksək göstərici 1983-cü ilin oktyabrında qeydə alınıb - o zaman qiymətlər ildə 9,2 faiz artmışdı.

Qeyd etdiyimiz kimi, istehlak qiymətlərinin əvvəlki ayla müqayisədə artımı 1,2 faiz təşkil edib.

Belə ki, artım ilk növbədə elektrik enerjisinin qiymətlərində, ev kreditləri üzrə orta faiz dərəcəsində müşahidə edilməkdədir.

Bundan əlavə, ən çox bahalaşanlar qida və alkoqolsuz içkilər (illiklə müqayisədə 16,06 faiz), kommunal xidmətlər (12,86 faiz) və ictimai nəqliyyat xidmətləri (7,99 faiz) olub.

Yeri gəlmişkən, ərzaq qiymətlərinin artması Rusiyaya da təsir edib. Tərəvəz və meyvələrin bahalaşması ölkədə inflyasiyanı altı ayda maksimuma çatdırıb - noyabrda qiymətlər, demək olar ki, 0,4 faiz bahalaşıb. O cümlədən, il ərzində xiyarın qiyməti 32,5 faiz, pomidorun qiyməti 16,9 faiz, portağalın qiyməti 9 faiz bahalaşıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə