Qış dövründə Ukrayna və Qərb dağılacaq?

Qış dövründə Ukrayna və Qərb dağılacaq?

Əgər Ukraynadakı münaqişə qışa qədər davam edərsə, bu Kiyev və Qərbi parçalaya bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu fikirləri bir müddət bundan əvvəl köşə yazarı Hal Brands yazmışdı.

Onun dediyinə görə, əgər Rusiya münaqişəni qışa çəkə bilsə, bu halda vəziyyəti darmadağın edilmiş Ukrayna, enerji qıtlığı çəkən Avropa və getdikcə diqqəti yayındırılan Vaşinqton üçün xoşagəlməz hal yaranacaq.

Köşə yazarı hesab edirdi ki, belə bir strategiya Rusiya üçün də çətin ola bilər.

Qeyd edək ki, köşə yazarı, rusların hərbi qüvvələrinin ağır döyüşlərdə artıq tükəndiyini də istisna etmir. Ona görə də, hərbi baxımdan pauza elə ruslar üçün də məntiqli görünür.

Maraqlıdır ki, Brends, siyasi və diplomatik nöqteyi-nəzərdən belə bir planın risklər gətirə biləcəyini də gizlətmir.

Bundan əlavə, Ukrayna məsələsi ilə bağlı Vaşinqtondan gələn siqnallar artıq birmənalı deyil.

Bu da Brendsin ehtimalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə