Cənubi Koreyada yerləşən "Amerika Qüvvələri Koreya"nın tərkibində ABŞ Kosmik Qüvvələri Koreya Komandanlığı yaradılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Çinin Sakit okeanda hərbi təsirini artırması ilə ABŞ Şimali Koreyanın nüvə və raket təhdidləri qarşısında regional ittifaqlarını gücləndirir. Cənubi Koreyanın paytaxtı Seuldan 65 kilometr cənubda yerləşən Pyeonqtaek bölgəsindəki Osan aviabazasında yeni komandanlıq yaradılıb. Bu məqsədlə keçirilən mərasimdə çıxış edən “ABŞ Qüvvələri Koreya” (USFK) komandanı Pol LaKamera yeni komandanlığın ABŞ-ın müdafiə qabiliyyətini artıracağını bildirib.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB