Macarıstanın xarici işlər naziri Peter Sijarto, Rusiya baş nazirinin müavini Aleksandr Novakla qaz tədarükü ilə bağlı uzunmüddətli müqavilələri müzakirə etmək üçün telefonla danışdığını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, siyasətçinin çıxışı onun “Facebook” səhifəsində yayımlanıb
(...qeyd edək ki, bu şəbəkə Rusiyada qadağan olunub; Rusiya Federasiyasında ekstremist kimi tanınan və qadağan olunmuş Meta korporasiyasına məxsusdur).
Xarici işlər nazirinin sözlərinə görə, Novak qazın qiymətinə yuxarı həddinin tətbiqi ilə əlaqədar müqavilələrin dəyişdirilməsinə icazə verib.
“O, qazın qiymətinin yuxarı həddi ilə əlaqədar qazın alınması üçün uzunmüddətli Macarıstan-Rusiya müqavilələrinin dəyişdirilməsinə ehtiyac yaranarsa, bunun mümkün olacağına açıq olduğunu bildirdi”, - Sijarto deyib bunu.
Qeyd edək ki, daha əvvəl Macarıstanın xarici işlər naziri Avropa İttifaqı ölkələrinin dekabrın 19-da qazın qiymətinin yuxarı həddi ilə bağlı yeni müzakirələr keçirəcəklərini bildirmişdi. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin energetika nazirləri bugünkü görüşdə konsensusa gələ bilməyiblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB