Ağ Ev ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərmək üçün hazırlığı yekunlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, xəbəri CNN ABŞ rəsmilərinə və Bayden administrasiyasının yüksək səviyyəli rəsmisinə istinadən yazır.
Qeyd edək ki, köçürmə hələ də Pentaqon rəhbəri Lloyd Austin və Cozef Baydenin imzası ilə təsdiqlənməlidir. Nə qədər raket buraxılış qurğusunun göndəriləcəyi bəlli deyil, lakin tipik “Patriot” batareyasına hədəfləri aşkar edən və izləyən radar, kompüterlər, elektrik enerjisi avadanlığı, döyüş idarəetmə stansiyası, eləcə də hər birində dörd atışa hazır raket olan səkkizə qədər buraxılış qurğusu daxildir.
Plan Pentaqon və Ağ Ev tərəfindən razılaşdırıldıqdan sonra hava hücumundan müdafiə sistemlərinin ən qısa zamanda təhvil veriləcəyi gözlənilir.
Onu da qeyd edək ki, Ukrayna hərbçiləri ABŞ ordusunun Almaniyadakı bazasında onlardan istifadə üzrə təlim keçməyi planlaşdırırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB