Britaniya bir sıra rus generallarına qarşı sanksiya tətbiq edib

Britaniya bir sıra rus generallarına qarşı sanksiya tətbiq edib

Böyük Britaniya Ukrayna infrastrukturuna davam edən hücumlara cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar paketi elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə hökumətin saytında bildirilir.

Bu dəfə, Böyük Britaniyanın məhdudiyyətləri altında:

-Hərbi işğalı dəstəkləyən rus yüksək vəzifəli məmurları; -Ukrayna şəhərlərinə raket zərbələri endirən hərbi hissələrin komandirləri;

-Ukraynaya zərbələr endirmək üçün Rusiyaya pilotsuz təyyarələrin istehsalı və ya tədarükü ilə məşğul olan iranlı iş adamları və hərbi rəsmilər.

Onların Böyük Britaniyadakı aktivləri dondurulub, ölkəyə giriş qadağan edilib.

Rusiya hərbçiləri arasında sanksiya siyahısında 12 nəfər var. Bunların arasında general-mayor Robert Baranov da var. Bellingcat müstəntiqləri onun Rusiya qanadlı raketlərinin proqramlaşdırılması və hədəflənməsinə cavabdeh olan bölmənin komandiri olduğunu müəyyən ediblər.

Siyahıda Pilotsuz Aviasiya Administrasiyasının rəhbəri Aleksandr Novikov və Strateji Raket Qüvvələrinin komandanı Sergey Karakaev də var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə