Estoniya Rusiyanın tam təcrid olunmasının tərəfdarıdır

Estoniya Rusiyanın tam təcrid olunmasının tərəfdarıdır

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Rusiyanı tam təcrid etməyə və neft qiymətləri ilə bağlı tavan müəyyən etməyə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” məlumat yayıb.

“Addım-addım Rusiyanın təcridinə doğru irəlilədik. Yetər? Xeyr, bu kifayət deyil, çünki müharibə davam edir”, - deyə nazir bildirib.

Reinsalu bildirib ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin razılığa gələ bilmədiyi Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketində nəzərdə tutulan tədbirlər kifayət deyil. O, həmçinin Ukraynaya silah tədarükünün maliyyələşdirilməsi üçün iki milyard avro ayrılmasını tənqid edib. Nazirin sözlərinə görə, Kiyev hərbi əməliyyatlara 50 mlrd. dollar sərf edib.

Eston nazirə görə, iki milyard avro kifayət deyil, “biz gələcəkdə daha böyük məbləğlər haqqında danışmalıyıq”.

Qeyd edək ki, bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyyajarto Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin nüvə enerjisinə təsir etməyəcəyini bildirmişdi.

Avropa İttifaqı Rusiyaya ixracı qadağan edilən malların siyahısını genişləndirməyi planlaşdırır. Bu siyahıya aviasiya və kosmik sənaye üçün avadanlıqlar da daxil ola bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə