Erməniləri ikitərəfli oyun oynamaq istəyi?

Erməniləri ikitərəfli oyun oynamaq istəyi?

Deməli, Türkiyə nəşri bu ilin sonunda Ermənistan və Türkiyə arasında yük hava nəqliyyatının başlayacağını yazır və ermənilərin “Sputnik Ermənistan”ı da bunu təsdiq edir.

Və erməni nəşri Türkiyə mallarının birbaşa Ermənistana çatdırılacağını bildirir.

SİA-nın ermni saytlarından əldə etdiyi məlumata görə, bu erməniləri elə də qane etmir. Niyə, çünki ermənilər bu daşınmanın Türkiyə tərəfi üçün fayda vəd edəcəyi halda, erməni tərəfi üçün təhdidlərlə dolu olacağını deyirlər.

Məsələn, indi də ermənilər deyirlər ki, “Ermənistan bazarını dolduran ucuz türk məhsulları erməni istehsalçıları üçün böyük rəqabət problemi yaradır. Bundan əlavə, burada nəzərə almaq lazımdır ki, Ermənistan-Türkiyə ticarət kommunikasiyası ənənəvi olaraq bir istiqamətdə işləyir - Ermənistan Türkiyə məhsullarını idxal edir, Türkiyədə isə erməni məhsulları praktiki olaraq yoxdur. Deməli, Ermənistan-Türkiyə hava nəqliyyatı ilə yükdaşımaların başlamasına az qalmış Ermənistan iqtisadiyyatının sevinəcək heç nəyi yoxdur”.

Maraqlıdır ki, bir müddət əvvələ baş vurub iki ölkə arasındakı ticarət dövriyyəsini araşdıran ermənilərə görə, 2020-ci ilin sentyabr ayına qədər Ermənistan-Türkiyə ticarətinin həcmi təxminən 163 milyon dollar olduğunu deyirlər.

Qeyd edək ki, bu vaxt Ermənistandan ixrac 490 minə yaxın, Türkiyə mallarının idxalı isə 162,3 milyona çatıb. Yəni Ermənistan Türkiyəyə ixrac etdiyi məhsuldan 330 dəfə çox Türkiyə məhsulu idxal edib.

Deyim ki, bir qədər gülünc də olsa, amma ermənilər bunu birtərəfli oyun kimi xarakterizə edirlər.

Yəni burada əsas oyuncu guya türklərdir.

Təbii ki, ermənilər bəlkə də haqlıdırlar. Amma ixraca çıxardıqları mövsümi pomidor –xiyarla türkləri elə də təəccübləndirə bilməyəcəklərini düşünmürlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə