"...Əlaqəli işləri möhkəmləndirdik”

"...Əlaqəli işləri möhkəmləndirdik”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu türk dünyası ilə yaxınlıq baxımından həm Türk Dövlətləri Təşkilatı (TDT), həm də ikitərəfli, üçtərəfli və dördtərəfli mexanizmlərlə əlaqəli işləri möhkəmləndirdiklərini bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkmənistanın Avaza şəhərində keçirilən Avaza Zirvə Toplantısından əvvəl Türkiyə-Azərbaycan-Türkmənistan Üçtərəfli Xarici İşlər Nazirləri Toplantısında çıxış edən M.Çavuşoğlu deyib: “Üç qardaş ölkənin xarici işlər nazirləri kimi bir yerdə olmaqdan çox məmnunluq duyduq. Üç ölkənin enerji və nəqliyyat nazirləri də ayrı-ayrılıqda üçtərəfli görüşlər keçirdi.

Ortaq mədəni irsimiz, dilimiz, dinimiz, tariximiz bizi birləşdirir.

Türk dünyası ilə yaxınlıq baxımından həm Türk Dövlətləri Təşkilatı (TDT), həm də ikitərəfli, üçlü və dördlü mexanizmlərlə əlaqəli işləri möhkəmləndirdik.

Bugünkü nazirlər görüşləri və sabahkı liderlər zirvəsi ilə ticarət, enerji, nəqliyyat, iqtisadiyyat, gömrük, təhsil, elm və mədəniyyət sahələrində də konkret addımlar atacağıq. Həmçinin ölkələrimiz arasında malların, xidmətlərin dövriyyəsini asanlaşdırmaq üçün səylərimizi davam etdirəcəyik. Beləliklə, biz regional rifah və təhlükəsizliyə də mühüm töhfələr verəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə