Rusiya ordusunda yaşanan silah qıtlığı, rusları 40 il əvvəl hazırlanmış və son dərəcə etibarsız mərmilərdən istifadə etməyə məcbur edir.
Qeyd edək ki, SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Pentaqondakı yüksək səviyyəli səlahiyyətli də təsdiq edir.
Mənbəin dediyinə görə, köhnə arsenallardan döyüş sursatları ilə təmin edilən ruslar, məgər bu silahların istifadəsinin risklə dolu olduğunu bilmirlərmi? Məsələ bundadır ki, bu silahların atəş açacağına və mərminin partlayacağına ümid etmək sadəlövhlükdür.
Son aylarda ABŞ kəşfiyyat orqanları Rusiyanın hərbi-sənaye kompleksinin genişmiqyaslı hərbi kampaniya üçün kifayət qədər sursat istehsal edə bilməməsi səbəbindən yardım üçün Şimali Koreyaya müraciət etdiyini bildirib. Xüsusilə, müxtəlif mənbələrə görə, Rusiya bu cür silahların əsas komponentlərinin Rusiyaya ixracına qadağa qoyulduğuna görə istehsalı çox çətin olmalı olan yüksək dəqiqlikli silahların istifadəsini kəskin şəkildə azaldıb. Amma problemlər yüksək dəqiqlikli silahlarla məhdudlaşmır. Pentaqonun hesablamalarına görə, raket və mərmilərdən istifadənin indiki intensivliyi qorunub saxlanılarsa, Rusiya ordusu nisbətən yaxınlarda istehsal olunmuş sursat arsenalını 2023-cü ilin əvvəlində tükəndirəcək.
ABŞ və Britaniya rəsmilərinin fikrincə, Rusiya İranın pilotsuz təyyarələrini tədarük etməklə yanaşı, Tehrana irimiqyaslı hərbi-texniki əməkdaşlıq təklif edərək, İrandan yüzlərlə ballistik raket almağa çalışır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB