Böyük Britaniya Ukraynaya uzaqmənzilli silahlar verəcək

Böyük Britaniya Ukraynaya uzaqmənzilli silahlar verəcək

...Və əgər Rusiya Ukraynanın mülki ərazilərində terroru davam etdirsə, o zaman Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli silahlar ötürəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles parlamentdə keçmiş baş nazir Boris Consonun sualını cavablandırarkən deyib.

Qeyd edək ki, sabiq nazir Conson Uollasdan Rusiyanın Pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrini məhv etmək və ya zədələmək üçün Kiyevə mümkün raket sistemlərinin çatdırılması barədə soruşub.

Mən təmin edə biləcəyimiz silah sistemlərini daim nəzərdən keçirirəm. Bizdə daha uzun mənzilli potensial silah sistemlərimiz də var və əgər ruslar mülki əraziləri atəşə tutmağa, Cenevrə Konvensiyalarını pozmağa davam edərsə, mən nə edəcəyimizi görmək üçün açıq olacağam.

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə