Rusiya aviasiyasının Ryazan yaxınlığındakı “Dyagilevo” aerodromuna naməlum dronların uğurlu hücumu nəticəsində Tu-22M3 strateji bombardmançı təyyarəsinin pilotu mayor Yevgeni Navlyutov məhv edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Navlyutov aviabazaya edilən hücumda həlak olanlardan biridir. Məhz bu pilot Ukraynanın dinc şəhərlərinə raket atanlardan olub.
Navlyutovun təcrübəsini pilotlar bir neçə onilliklər ərzində əldə edirlər. Bu da bir neçə milyon dollara başa gəlir. Ona görə də bu səviyyəli pilotun itirilməsi Rusiya aviasiyasına böyük zərbədir.
Xatırladq ki, dekabrın 5-nə keçən gecə Ryazan yaxınlığında və Engelsdə "bavovna" baş verdi. Rusların məlumatına görə, Ukraynadan 800 km-dən çox məsafədə yerləşən aerodrom pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
Maraqlıdır ki, Ukrayna Silahlı Qüvvələri artıq “hələ heç nəyə başlamadıqlarını” bəyan ediblər. Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Rusiyanın Engels hərbi aerodromunda baş verən partlayışları şərh edərkən, Rusiya ərazisində baş verənlərə görə təcavüzkar ölkənin hökumətinin məsuliyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, dekabrın 6-da da “pambıq” paradı davam edib. Belə ki, naməlum pilotsuz təyyarə bu dəfə Kursk aerodromuna hücum etdi. Kursk vilayətinin qubernatoru Roman Starovoytun sözlərinə görə, pilotsuz təyyarənin hücumu nəticəsində neft saxlama çəni yanıb.
Bundan əlavə, Müharibə Araşdırmaları İnstitutunun analitikləri Ukrayna qüvvələrinin Rusiyanın Engels və Ryazan yaxınlığındakı strateji aviabazalarında silsilə partlayışlar törətdiyini irəli sürürlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB