Avropa İttifaqının xarici işlər nazirləri Rusiya Federasiyasına qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib.
Yeni məhdudiyyətlər layihəsi Daimi Nümayəndələr tərəfindən baxılmaq üçün geri qaytarılıb, onun üzərində iş davam etdiriləcək.
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, barələrində sanksiya tətbiq olunacaqlar arasında teleaparıcı Boris Korçevnikov, müğənni Qriqori Leps, bloger Dmitri Puçkov (“Qoblin”), rejissor Nikita Mixalkov da olacaq.
Həmçinin, Avropa İttifaqında üç telekanal - NTV/NTV Mir, Rusiya 1 və REN TV yayım lisenziyalarını itirə bilər.
Macarıstan Xarici İşlər Nazirliyi sanksiyaların nüvə enerjisi sektoruna təsir etməyəcəyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB