Xerson vilayətinin birinci vitse-qubernatoru Vitali Bulyuk avtomobilin partlaması nəticəsində xəsarət alıb.
SİA bunu regionun səhiyyə naziri Vadim İlmiyevə istinadən xəbər verir.
Beləliklə nazirin sözlərinə görə, hazırda məmur yerli xəstəxanalardan birindədir. Onun vəziyyəti stabil, orta ağır qiymətləndirilir.
“Avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Məndə olan məlumata görə, mina partlayıb, maşın isə yanıb”, - İlmiyev bildirib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Melitopolda şəhər rəhbərinin müavini Nikolay Volıkin evinin girişi yaxınlığında əldəqayırma partlayıcı qurğu işə düşmüşdü.
Partlayıcı, girişdən səkkiz metr aralıda yerləşən küçə işıqlandırma dirəyinin üzərinə qoyulubmuş.
Müstəntiqlərin fikrincə, qurğu uzaqdan işə salınıb. Partlayışın gücü təxminən 2500 qram trotil olub. Zərbə nəticəsində siyasətçi xəsarət almayıb.
Bundan əlavə, noyabrda Melitopolda Zaporojye vilayəti administrasiyasının kommunal mülkiyyətinin rəhbəri Dmitri Truxinə qarşı da qəsd barədə məlumat yayılmışdı. Beelə ki, partlayış məmur evdən çıxarkən baş vermişdi.
İddialara görə, naməlum şəxslər onun girişinin yaxınlığında metal boltlar olan PUA yerləşdiriblər. Nəticədə 41 yaşlı Truxin mina partlayışı və beyin silkələnməsi alıb, əlləri kəsilib, ayaqlarında da çoxsaylı qəlpə yaraları qalıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB