Qələbəyə qədər prezident olacam, sonra isə dənizə getmək və pivə içmək istəyirəm
Prezident Vladimir Zelenski etiraf edib ki, hələ siyasi gələcəyi barədə düşünməyə hazır deyil. Qələbədən əvvəl prezident olacaq, sonra mütləq dənizə gedəcək.
SİA-nın əldə etdiyi məlumata görə, “Netflix”in “Növbəti qonağımın təqdimata ehtiyacı yoxdur” adlı xüsusi proqramı zamanı David Letterman Zelenskidən gələcəyi ilə bağlı sual verib.
“Qələbəmizə qədər mən mütləq prezident olacağam. Və orada - heç nə düşünmürəm. Hələ düşünmürəm, hazır deyiləm. Mən sadəcə dənizə getmək istəyirəm. Açığını deyim sizə, David, mən həqiqətən dənizə getmək istəyirəm. Sadəcə dənizdə, biz artıq qalib gələndə və mən həqiqətən də pivə içmək istəyirəm”, - deyə Zelenski bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB