Rusiya qazının qiymətinin tavanı yaxın günlərdə razılaşdırıla bilər
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə Beynəlxalq Enerji Təşkilatının rəhbəri ilə birgə mətbuat konfransında Avropa İttifaqı ölkələrinin yaxın günlərdə qazın qiymətinin tavanı ilə bağlı siyasi qərara gələ biləcəklərini bildirib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, onun sözlərinə görə, hazırda bazarda qiymətlərin korreksiyası mexanizminin müzakirəsi davam edir. Artıq çox iş görülüb və texniki detallar da müəyyən edilib, lakin Avropa İttifaqı ölkələri hələ də tavan qiymətin nə olacağı ilə bağlı siyasi razılaşmaya nail olmayıblar, -deyən Avropa Komissiyası rəhbərinin sözlərinə görə, “mən çox ümid edirəm ki, yaxın bir neçə gün ərzində bir nəticəyə gələcəyik”-əlavə edib.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının 12 ölkəsi qazın birja qiymətlərinin müzakirə olunan tavanını azaltmağı tələb etmişdi. Tələb Belçika, Yunanıstan, İtaliya, Polşa, Bolqarıstan, Rumıniya, Latviya, Litva, Slovakiya, Sloveniya və Xorvatiya tərəfindən dəstəklənib. Media qeyd edib ki, bu ölkələrin koalisiyasının tələbi yerinə yetirilmədiyi təqdirdə razılaşmanı əngəlləmək üçün kifayət qədər səs var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB