Türkiyə ayaqqabı sənayesi Avropaya 2022-ci ilin yanvar-noyabr dövründə 1,1 milyard dollardan çox ixracat edib.
Bu ilin oktyabr ayında 2021-ci ildə rekord ixracat həcminə çatan sektor ili 1 milyard 200 milyon dollardan çox ixracatla bağlamağa hazırlaşır.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, sektor 11 aylıq dövrdə ixracatda 20,2 faiz artım əldə edib.
Qiymətin əlverişli olmasının təsiri ilə 2022-ci il Avropanın Türkiyə ayaqqabılarını yenidən kəşf dövrü olub.
Türkiyə ayaqqabı sənayesi Almaniya, İspaniya, İtaliya və Rumıniya kimi ölkələrdən çox sifarişlər almaqdadır.
Qeyd edək ki, sənayenin ən böyük beynəlxalq tədbiri olan Dünya Ayaqqabı Konqresi 2023-cü ilin may ayında İstanbulda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB