Bu arada Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Kremlin ABŞ-ın Ukraynanı sülh danışıqlarına sövq etməsini görmədiyini bildirib.
O, Vaşinqtonun Putinlə telefon danışığı tələb etmədiyini də əlavə edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Peskov Fransa prezidenti Emmanuel Makronla da yaxın vaxtlarda heç bir söhbət olmayacağını bildirib. Kreml sözçünün sözlərinə görə, Fransa tərəfdən də bu məsələ ilə bağlı heç bir təşəbbüs olmayıb.
Xatırladaq ki, Makron daha əvvəl danışıqları Ukraynadakı vəziyyəti həll etmək üçün yeganə yol hesab tdiyini demişdi. Peskovun dediyinə görə, o, guya Putinlə əlaqə saxlamağı vacib ünsiyyət kanalı adlandırıb. Fransa liderinin sözlərinə görə, o, Putinlə müntəzəm müzakirələr aparır və birbaşa əlaqə saxlayır. Hətta o, bunu qarşılıqlı əlaqəni bərpa etməyin ən yaxşı yolu adlandırıb.
Eyni zamanda, Makronun fikrincə, Ukraynadakı vəziyyətin həlli yolunu Ukrayna tərəfi seçməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB