Qeyri-adi hava şəraiti şimali İngiltərənin paytaxtı Londonda nəqliyyat xaosu yaradıb.
Qar Avropada xaos yaradıb

Buz və qar səbəbindən paytaxt Londonda uçuş-eniş zolağı bağlanmalı olan Stansted hava limanında bütün uçuşlar dayandırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, ölkəni bürüyən qar, buz və duman səbəbi ilə Heathrow və Gatwick hava limanlarında da 50-dən çox reys təxirə salınıb.

Stansted aeroportundan yayılan məlumata görə eniş zolağının təmizləmə fəaliyyətlərinin aparıla bilməsi üçün bağlandığı qeyd edilib.

Bildirilir ki, bu gün Hitrou şəhərində də təyyarələrin hava limanına giriş-çıxışı məhdudlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə