Rusiyanın Kemerovo vilayətində Şereqeşskaya filiz mədənində çökmə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bununla əlaqədar müəssisədə yeraltı işlər dayandırılıb.
Bu barədə şəhər bələdiyyəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, çökmə zamanı növbə dəyişikliyi aparıldığı üçün mədəndə işçi olmayıb.
“Hazırda ventilyasiya rejiminə nəzarət etmək üçün mədəndə işlər dayandırılıb”, - deyə mətbuat xidmətindən bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB