Şri-Lankada "Mandous" qasırğası həyatı dayandırıb. Şri-Lanka Fəlakət İdarəetmə Mərkəzi (DMC) tərəfindən edilən açıqlamada, qasırğanın yaratdığı əlverişsiz hava şəraitindən təxminən 21 nəfərin zərər çəkdiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ən azı 3 nəfərin həyatını itirdiyi, 19 nəfərin yaralandığı ada ölkəsi Şri-Lankada 5639 binaya da ziyan dəyib. DMC-nin vitse-prezidenti Pradeep Kodippili zərərin qiymətləndirilməsi işlərinin başladığını və bütün zərərlərin ödəniləcəyini bildirdi. DMC qasırğanın təsirini itirməyə başladığını, lakin ölkə olaraq tədbirlərin davam etdirilməli olduğunu vurğuladı.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB