Twitter simvol limitini 280-dən 4000-ə yüksəltməyə hazırlaşır

Twitter simvol limitini 280-dən 4000-ə yüksəltməyə hazırlaşır

Bazar günü bir Twitter istifadəçisi Maskdan "Twitter-in simvol sayını 280-dən 4000-ə çatdırmağa hazırlaşdığı doğrudurmu?" soruşduqda, o "bəli" deyə cavab verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mask noyabr ayında Twitter-də simvol limitinin artırılmasının "to-do-do list"də olduğunu bildirmişdi. O zaman 4000 deyil, min simvollu tvitlərin gündəmə gələ biləcəyi deyilirdi.

Mask simvol limitinin nə vaxt artırıla biləcəyi ilə bağlı açıqlama verməyib.

Twitter platformasında edilən yazıların simvol limiti əvvəlcə 140 idi. Bu limit 2017-ci ildə 280 simvola qədər artırıldı.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə