Rusiyada tikinti materialları bazarı yanır, bir nəfər yaralanıb - FOTO
Rusiyanın Moskva vilayətinin Balaşixe rayonunda yerləşən "Stroypark" Ticarət Mərkəzində yanğın nəticəsində gözətçi xəsarət alıb. SİA xəbər verir ki, məlumatı "Mash" teleqram kanalı yayıb.
Məlumata görə, ticarət mərkəzinin yaxınlığındakı açıq sahədə tikinti materialları yanır.
Eyni zamanda yanğın binanın birinci mərtəbəsinə də keçib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Hadisənin səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB