"Müasir dünyada BMT-yə alternativ yoxdur" - Türkmənistan XİN rəhbəri

"Müasir dünyada BMT-yə alternativ yoxdur" - Türkmənistan XİN rəhbəri

BMT-ni əvəz edə biləcək beynəlxalq təşkilatın olmadığını Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Aşqabadda keçirilən “Dialoq sülhün qarantıdır” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. SİA xəbər verir ki, o, hesab edir ki, müasir dünyada BMT-yə alternativ yoxdur.

“Bu gün onun fəaliyyətini əvəz edə biləcək başqa beynəlxalq struktur yoxdur. BMT Nizamnaməsi bu gün dünya birliyinin Konstitusiyasıdır”, - diplomat bəyan edib.

Eyni zamanda, Türkmənistan Xarici İşlər Nazirliyinin rəhbəri dünyanın son illərdə üzləşdiyi çağırışlara da toxunub. Onun fikrincə, bu, getdikcə artan hərbi-siyasi qarşıdurma, koronavirus pandemiyasının nəticələri və ərzaq böhranıdır.

Meredov həmçinin informasiya müharibələrini və ölkələr arasında qarşılıqlı etimadın itirilməsini təhdid adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə