BƏƏ Aya kosmik gəmi göndərdi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Rəşid" adlı kosmik gəmisi kəşfiyyat məqsədilə Aya göndərilib. SİA xəbər verir ki, bu barədə ölkənin WAM agentliyi məlumat yayıb.

Kosmik gəminin 5 ay sonra Aya enməsi gözlənilir.

Gəmi "SpaceX" şirkətinin "Falcon 9" raketi ilə ABŞ-ın Florida ştatındakı Kanaveral burnundan kosmosa buraxılıb. Bununla da BƏƏ Aya kosmik gəmi göndərən ilk ərəb ölkəsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə