"sərt qışdan" çıxmaq üçün
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında Türkiyənin qarşıdan gələn “sərt qış”la əlaqədar Ukrayna tərəfinə yardım göstərəcəyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə liderinin administrasiyasına istinad edən rus saytları xəbər verirlər.
Administrasiyada qeyd edildiyi kimi, Türkiyə rəhbəri Ankaranın qarşıdan gələn çətin qış aylarında Ukrayna xalqının humanitar ehtiyacları ilə bağlı işləri davam etdirəcəyini bildirib.
Bundan əvvəl Zelenskinin Ərdoğanla taxıl dəhlizinin mümkün genişləndirilməsini də müzakirə etdiyi bildirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB