Finlandiya Prezidenti Sauli Niinistö hesab edir ki, Rusiya ilə əməkdaşlıq etmək zəruridir. O, bu barədə “Yle” telekanalında canlı yayımda tamaşaçıların sualını cavablandırarkən bildirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Finlandiya Prezidenti ölkənin Rusiya ilə uzun sərhədi olması səbəbindən istənilən halda əməkdaşlığın davam etdirilməli olduğunu deyib. Lakin bildirib ki, etimadı bərpa etmək üçün vaxt lazım olacaq. Ukrayna böhranının nəticəsi Finlandiyanın Rusiya ilə münasibətlərinin inkişafında mühüm rol oynayacaq.
“Vəziyyət aydınlaşdıqdan sonra münasibətlərin necə inkişaf edəcəyini görəcəyik, lakin ola bilsin ki, mənim prezidentliyim dövründə bu baş verməsin", - deyə Niinistö qeyd edib. Finlandiyada növbəti prezident seçkiləri 2024-cü ildə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB