İsrail və BƏƏ arasında ilk böyük azad ticarət sazişi təsdiqlənib

BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Tani ibn Əhməd əl-Zeyoudi sosial media hesabında iki ölkə arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişinin təsdiqləndiyini açıqlayıb...
İsrail və BƏƏ arasında ilk böyük azad ticarət sazişi təsdiqlənib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail ikitərəfli münasibətlərini yaxşılaşdırmaq üçün addımlar atmağa davam edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Tani ibn Əhməd əl-Zeyoudi sosial media hesabında iki ölkə arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişinin təsdiqləndiyini açıqlayıb: “Bu addım böyük bir inkişafdır. Saziş məhsulların 96 faizindən gömrük rüsumlarını aradan qaldıracaq və ya azaldacaq, sənaye və xidmət sektorlarımıza ciddi təkan verəcək”.

Xatırladaq ki, İsrail və BƏƏ arasında aylarla davam edən danışıqlardan sonra 2021-ci ilin may ayında ilk böyük azad ticarət sazişi imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə