Kursk vilayətində dekabrın 12-dən başlayaraq yanvarın sonuna qədər atəşfəşanlığın satışı və buraxılması qadağan ediləcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Roman Starovoit məlumat verib.
“Bu, Kursk əhalisinin təhlükəsizliyini və əmin-amanlığını təmin etmək zərurətindən irəli gəlir”, – deyə Starovoit bildirib.
Onun dediyinə görə, bölgədə terror təhlükəsinin “sarı səviyyəsi” qalmaqdadır və bütün qüvvələrimiz rayon ərazisində terror aktlarının törədilməsinin qarşısını almağa yönəlib.
Qeyd edək ki, Kursk vilayətində terror təhlükəsinin “sarı səviyyəsi” hələ aprelin 11-də tətbiq edilib.
Dekabrın 6-da səhər saatlarında vilayətin qubernatoru Roman Starovoit, Kursk vilayətində yerləşən Kursk-Vostoçnı aerodromuna pilotsuz təyyarə hücum etdiyini, nəticədə neft anbarının yandığını bildirib.
Xatırladaq ki, fevralın 24-dən bu aerodromdan yalnız hərbçilər istifadə edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB