Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqramında Rusiyanın “ən güclü silahların”, o cümlədən “yeni prinsiplərə əsaslanan” silahların istehsalını artırdığını yazıb.
Əslində bu, Medvedev tərəfindən dünyaya gəlinən birinci “xox” deyil. Deyim ki, artıq dünya onun bu “xox”larına öyrəncəli olub. Belə ki, adam bir az gilləən kimi, “sarırılı qələmə” və, nə isə...
Bu dəfə də onun fikrincə, Rusiyanın düşməni, təkcə Ukraynada deyil. Bu düşmən Avropadadır. Şimali Amerika, Yaponiya, Avstraliya, Yeni Zelandiya və bir sıra başqa yerlərdə müasir nasistlərə sədaqət andı içənlərdir.
(...bizim o dəlləyin sözü olmasın, ha indi burda nə qaldı ki?-A.B.)
Medvedev Ukrayna nümayəndələrinin Rusiya ərazisinə zərbələr endirmək ehtimalı ilə bağlı bəyanatlarını şərh edərək, düşmənlər haqqında müzakirəyə keçib. O, adətinə uyğun olaraq, təhqirlərlə onlara hücum edib.
İlk növbədə, görünür, bu, Ukraynanın artıq Sibirdən tutmuş Vladivostoka qədər olan ərazilərə zərbə endirmək iqtidarında olan silaha malık olduqlarını deyən Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilova aiddir.
Qeyd edək ki, Medvedev hansı silahı nəzərdə tutur, o, izah etməyib.
Lakin ötən gün Rusiya prezidenti Vladimir Putin Bişkekdə çıxışı zamanı Moskvanın nüvə zərbəsinin qarşısının alınması və tərksilah edilməsi ideyalarını mənimsəmək barədə düşünə biləcəyini deyib.
Yeri gəlmişkən Putin, hazırda Rusiyada belə bir zərbə endirmək iqtidarında olan hipersəs silahları var, ABŞ-da isə yoxdur. Bir neçə gün əvvəl Putin Rusiyanın nüvə silahından ilk istifadə edə biləcəyini istisna etməkdən imtina etmişdi. Eyni zamanda o qeyd edib ki, indi doktrina qabaqlayıcı deyil, cavab zərbəsi deyilən zərbəni nəzərdə tutur.
Qeyd edək ki, Medvedev özünün Teleqram kanalında dəfələrlə Rusiyanın nüvə silahından istifadə etmə ehtimalına eyham vurub, Onun yazdığına görə, Rusiyanın zərbəsindən sonra orada “yerin yanacağı, betonun əriyəcəyi” ilə hədələyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB