Yaponiyanın "Hakuto-R" kosmik gəmisi Aya uçacaq

Yaponiyanın "Hakuto-R" kosmik gəmisi Aya uçacaq

Yaponiyanın ilk Aya eniş aparatı "Hakuto-R" bazar günü "Falcon 9" raketi vasitəsi ilə Aya buraxılacaq.

SİA-nın məlumatına görə, bu barədə "SpaceX" şirkətindən bildirilib.

Buraxılış Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri Bazasında ABŞ-ın Şərq Sahilləri vaxtı ilə saat 02:38-də baş tutacaq.

"Hakuto-R" aparatı Aya uğurla enən ilk şəxsi kosmik gəmi ola bilər. Yaponiyanın “ispace” şirkəti kosmosa eniş robotları üçün texnologiya hazırlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə