Türkiyədə 20 nəfər tüstüdən zəhərlənib

Türkiyədə 20 nəfər tüstüdən zəhərlənib

Türkiyənin Samsun şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub. SİA yerli mediaya istinadən xəbər verir ki, hadisə zamanı mənzillərdə qalan 20 nəfər tüstüdən zəhərlənib. Aralarında uşaqların da olduğu 10 nəfər təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

Yanğın binanın birinci mərtəbəsində qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə