“Putinə güzəşt ola bilməz, Rusiya uduzmalı və final sürətləndirilməlidir”

“Putinə güzəşt ola bilməz, Rusiya uduzmalı və final  sürətləndirilməlidir”

Ukraynada müharibə ancaq Rusiya prezidenti Vladimir Putinin məğlubiyyəti ilə başa çata bilər.

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “The Wall Street Journal” üçün köşə yazısında yazır ki, Rusiya qoşunları fevralın 24-dək qüvvədə olan faktiki sərhədlərə geri çəkilməlidir.

“Nə Volodimir Zelenski, nə də Ukrayna xalqı vəhşilik təcrübəsindən sonra fərqli nəticə ilə barışa bilməzlər. Hətta Putin təklif etsə belə və ona etibar edilsə belə, heç bir sülh üçün torpaq sazişi ola bilməz” –deyə britaniyalı siyasətçi qeyd edir.

Onun sözlərinə görə, müharibə yalnız bir yolla bitə bilər və yeganə sual onun nə qədər tez baş verəcəyidir.

“Putinin macərasına pərdənin mümkün qədər tez düşməsi hamının, o cümlədən Rusiyanın maraqlarına uyğundur. Bu 2025-ci ildə yox, 2024-cü ildə yox, 2023-cü ildə olmalıdır”, - Conson yazır.

O vurğulayıb ki, ukraynalılar raketlər və dronlarla terrora məruz qalır, amma dünya bunu sadəcə olaraq seyr etməkdə davam edir.

“Milyonlarla insanın gecə-gündüz istiliksiz, işıqsız və susuz qalması mənəvi iyrənclikdir, dinc əhalinin davamlı və ayrı-seçkilik olmadan qətlə yetirilməsini nəzərə almasaq. Putin mənasız hücumlarını nə qədər davam etdirsə, qlobal iqtisadi böhran bir o qədər uzun sürəcək”. Bunu da Conson deyir.

O vurğulayıb ki, Qərb indi Ukraynaya öz məqsədlərinə çatmaqda kömək etmək üçün ona əlavə hərbi yardım haqqında düşünməyə başlamalıdır, ya da ən azı fevralın 24-dən sonra ələ keçirilən ərazilərdən rus işğalçılarını çıxarmalıdır.

Onun sözlərinə görə, Rusiyanın təcavüzü nə qədər uzun sürsə, Ukraynanın tərəfdaşları Kiyevin hərbi dəstəyi üçün bir o qədər çox maliyyə vəsaiti xərcləməli olacaqlar.

"Ona görə də gəlin yükü bölüşək və finalı sürətləndirək. Birincisi, ukraynalılara hava hücumlarına qarşı onlara lazım olan yardımı verək. Kiyevin pilotsuz təyyarələrin və raket buraxılış məntəqələrinin yerini müəyyən etmək üçün dronlara, eləcə də onları məhv etmək üçün zenit raketlərinə ehtiyacı var. İran pilotsuz təyyarələri Vespa skuterləri ilə eyni mühərriklərdir, ona görə də təyyarələrin onları vurmaq üçün sürətli olması lazım deyil, bir çox ölkədə bu işi görə bilən təyyarələr var” deyə Conson yazır.

Britaniyalı siyasətçi onu da qeyd edib ki, Putin nüvə və ya digər kütləvi qırğın silahlarından istifadənin nəticələrini bilir və buna görə də onlardan istifadə edə bilməz.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə