NATO Avropa və Qafqaz ölkələrinə nəzarəti ələ keçirməyə çalışır

NATO Avropa və Qafqaz ölkələrinə nəzarəti ələ keçirməyə çalışır

NATO Balkan ölkələri və Transqafqaz hesabına sərhədlərini genişləndirməyə hazırlaşır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu fikirləri “Evrensel”in Türkiyə nəşrinin köşə yazarı Yücel Özdemir deyib.

O qeyd edib ki, alyans faktiki olaraq Ukraynanı özündən asılı vəziyyətə salıb. Bundan əlavə, Finlandiya və İsveç Türkiyə etirazını davam etdirsə də, artıq de-fakto alyansın bir hissəsinə çevrilərək NATO-ya qoşulmaq niyyətindədir.

“Bundan sonra Rusiya ilə sıx təmasda olan Avropa və Qafqaz ölkələrinin nəzarətinə keçmək istiqamətində proses daha da sürətlə gedəcək”. Özdəmir belə yazır.

Yeri gəlmişkən, noyabrın 29-da Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, NATO-nun tövbə edilib, cinayətkar qurum kimi ləğv edilməli olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə