“Ukrayna Rusiyanın Vladivostok ərazisinə də zərbə endirməyə hazırdır”
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov artıq Kiyevin Rusiya ərazisinə də zərbələr endirməyə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, ruslar Ukrayna ərazisinə növbəti zərbələr endiriləcəyi təqdirdə Kiyev hər şeyə qadir olacaq.
O, həmçinin bildirib ki, Ukrayna hakimiyyəti heç kəsdən düşməni harada döyəcəyini soruşmayacaq.
SİA-nın əldə etdiyi məlumata görə, Danilov burada söhbətin Rusiyanın Vladivostoka qədər olan ərazisindən getdiyini deyib.
Qeyd edək ki, bir müddət bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonun Kiyevə Ukrayna ərazisindən kənara zərbələr endirə bilməyən silahlar verdiyini bildirmişdi.
Maraqlıdır ki, bundan əvvəl rus aerodromlara zərbə endirmək cəhdində bulunan Ukrayna hakimiyyəti, indi Rusiyanın digər obyektlərinə, o cümlədən Sibirə də hücum etməklə hədələyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB