Almaniya kansleri Olaf Şolz hələ də Rusiya prezidenti Vladimir Putinlə danışıqları davam etdirməyin lazım olduğunu bildirib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bunu şənbə günü Potsdamda seçicilərlə görüşü zamanı deyib.
Alman kansleri, Putinlə tamamilə fərqli fikirlərdə olmalarına baxmayaraq, “ancaq bu vəziyyətdən çıxmağın mümkün olacağı anı tutmaq istədiyim üçün onunla danışmağa davam edəcəyəm”-deyə bildirib.
Xatırladaq ki, Şolzla Putin sonuncu dəfə dekabrın 2-də telefonla danışıblar.
Xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin “yardım xahişinə” cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. Bundan sonra Qərb Moskvaya qarşı irimiqyaslı sanksiyalar tətbiq etdi və Kiyevə silah və hərbi texnika tədarükünü milyardlarla dollar artırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB