Oğul anasını qətlə yetirdi

Almaniyanın Drezden şəhərində qorxulu anlar yaşanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Prohlis rayonunda 40 yaşlı kişi 62 yaşlı anasını binada qətlə yetirib.

Daha sonra şəhərin mərkəzində yerləşən “Radio Drezden” radiostansiyasına gedən hücumçu giriş qapısına atəş açıb. İçəri girə bilməyən və polisi təşvişə salan təcavüzkar daha sonra 1 kilometr aralıda yerləşən “Altmarktgalerie” ticarət mərkəzinə gedərək aptekdə gizlənib.

Təcavüzkar burada bir qadın və bir uşaq olmaqla 2 nəfəri girov götürüb. Qısa müddətdən sonra polis ticarət mərkəzinə apardığı əməliyyatla hücum edən şəxsi yaralayaraq zərərsizləşdirib. Xilas edilən girovların səhhətinin yaxşı olduğu bildirilir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə