Amerikalı basketbolçu ölkəsinə qayıdıb

Amerikalı basketbolçu ölkəsinə qayıdıb

Vaşinqton və Moskva arasında məhbus mübadiləsi ilə azadlığa çıxan amerikalı qadın basketbolçu Brittni Griner ölkəsinə qayıdıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Dubaydakı mübadilədən sonra Grineri daşıyan təyyarə cümə günü səhər tezdən Texasdakı San Antonio-Lackland birgə aviabazasına eniş edib. Amerikalı rəsmilər təyyarəyə minməzdən əvvəl ABŞ prezidenti Co Baydenlə telefonla danışan Qrinerə xüsusi tibbi xidmətlər və psixoloji məsləhətlər təklif ediləcəyini bildiriblər.

İkiqat Olimpiya çempionu və Qadınların Milli Basketbol Assosiasiyasının (NBA) Phoenix Mercury komandasının üzvü olan 32 yaşlı Qriner Moskva hava limanında tərkibində çətənə yağı olan elektron siqaretlərə görə 17 fevral tarixində 10 ay müddətinə həbs edilib. Rusiya məhkəməsinin 9 illik hökmü apellyasiya şikayəti əsasında ləğv edildikdən sonra Qriner təcridxanaya köçürülüb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə