Ötən fevralda Rusiyanın Ukraynanı işğal edərək enerji böhranına səbəb olmasından sonra Avropa ölkələri alternativ mənbələr üzərində işləyir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fransa, İspaniya və Portuqaliya 2030-cu ilə qədər Pireney yarımadasından hidrogeni Avropaya daşıyacaq sualtı boru kəmərinin tikintisinə dair razılığa gəliblər.
H2MED adlandırılan boru kəməri Avropa Birliyinin enerji təchizatını daha müstəqil etmək məqsədi daşıyır. İspaniyanın Baş naziri Pedro Sançes boru kəmərinin Fransaya ildə təxminən 2 milyon metrik ton hidrogen daşıya biləcəyini söylədi. Bu, Aİ-nin təxmin edilən hidrogen ehtiyacının 10 faizini təşkil edir. Layihənin 2,5 milyard avroya başa gələcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB