İngiltərədə yeni qərar

Böyük Britaniyada hökumət küçədə cinsi təcavüzlə bağlı tətbiq edilən cəzaları ağırlaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, London daxili işlər nazirinin dəstəklədiyi plana görə, küçədə kiminsə arxasınca getmək, söz kəsmək və danışmaq cinayət sayılacaq.

Artıq ölkədə seksual qısnama cinayət sayılır, lakin küçə təcavüzünün kriminallaşdırılmasının insanlara bu cür hadisələri polisə bildirmək üçün daha çox cəsarət qazandıracağı bildirilir.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə