Obama “nüvə silahlarından azad dünya” çağırışı

Obama “nüvə silahlarından azad dünya” çağırışı

Yaponiyanın baş naziri Kişida Fumio və ABŞ-ın keçmiş prezidenti Barak Obama “nüvə silahlarından azad dünya”ya çağırıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Yaponiya hökumətinin Nüvə Silahından Azad Dünya Naminə Beynəlxalq Hörmətli Şəxslər Qrupu Xirosima şəhərində nüvə tərksilahı üzrə forum keçirir.

Foruma göndərdikləri videomüraciətlərdə Obama və Kişida nüvə silahlarından azad bir dünya çağırıblar.

2016-cı ilin mayında ABŞ prezidenti kimi Xirosimaya səfərini xatırladan Obama, "Nüvə silahı olmayan bir dünya ardınca getməyi uşaqlarımıza borcluyuq" dedi. Dünyada nüvə silahı təhlükəsini azaltma əzminin səfərlə gücləndiyini qeyd edən Obama, eyni əzmin bu forumu bir araya gətirdiyini söylədi. Kişida videomüraciətində forumun nüvə silahlarının ləğvi istiqamətində mühüm addım olacağına ümid etdiyini bildirib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə