Maraqlıdır, görən Almaniyada bunkerlərlə bağlı məsələnin birdən-birə aktuallaşması nə məna kəsb edir?
Qeyd edək ki, alman mediası bu ölkədə bunkerlərin sayının Soyuq Müharibədən bəri 2000-dən 600-ə endirildiyini, lakin onların da əksəriyətinin istifadəyə yararsız olduğunu yazır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Almaniya mətbuatı Almaniyanın federal torpaqlarının daxili işlər nazirlikləri konfransının sənədinə istinadən məlumat yayıb.
Qeyd edək ki, zərurət yaranarsa, yerdə qalan bunkerlərin yenidən işə salına biləcəyini istisna etməyən alman səlahiyyətliləri, bundan əlavə, mümkün sığınacaqlar kimi metro stansiyaları və yeraltı dayanacaqlar da istifadəni nəzərdən keçirildiyini bildirib.
Alman mətbuatının yazdığına görə, hazırda Almaniya hakimiyyəti vəziyyəti yaxşılaşdırmaq üçün yollar axtarır. Xüsusilə, müasir sığınacaq konsepsiyasının işlənib hazırlanması variantı nəzərdən keçirilir, həmçinin yaşayış və kommersiya binalarının konstruksiyalarının, məsələn, partlayışlar zamanı möhkəmləndirilməsi üçün tədbirlər görülür.
Bundan başqa, sənəddə fövqəladə hallar zamanı vətəndaşlar üçün davranış qaydalarına dair təlimatların işlənib hazırlanmasına da diqqət yetirilməsi təklif olunub.
“Sülhə öyrəşmiş almanlar hökumətdən müharibə və böhran zamanı necə davranmaq barədə aydın təlimatlar almalıdırlar”.
Bunu da Almaniya mətbuatı yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB