Bu arada Ankarada Rusiya nümayəndələri ilə danışıqlarda Türkiyə hakimiyyəti terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) və Suriya Kürd Özünümüdafiə Qüvvələri (YPG) ilə bağlı ölkələrin razılaşdığı öhdəlikləri xatırladıb.
SİA-nın əldə etdiyi məlumata görə, Ankara “PKK və YPG terrorçuları ilə bağlı razılaşmaların müddəalarının həyata keçirilməsinin zəruriliyini bir daha bəyan edib”.
Xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin başda olmaqla Rusiyadan olan nümayəndə heyəti Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal ilə siyasi məsləhətləşmələr aparmaq üçün dekabrın 8-9-da İstanbula səfər ediblər.
Yeri gəlmişkən, hələ 2019-cu il oktyabrın 22-də Soçidə bağlanmış Rusiya-Türkiyə memorandumuna əsasən, YPG-dən olan bütün kürd silahlı birləşmələri Suriyanın şimal-şərqində Türkiyə ilə sərhəddən 30 km, həmçinin Mənbic və Tel-Rifat şəhərlərindən çıxarılmalıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB