İranda din xadimi qaçırılaraq öldürüldü

İranda din xadimi qaçırılaraq öldürüldü

İranda din xadimi qaçırılaraq öldürülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, xəbəri Sistan-Bəlucistan Dövlət Təhlükəsizlik Şurası təsdiqləyib. Belə ki, Əbdülvahid Riqini əvvəlcə naməlum şəxslər qaçırıb, sonra isə onu qətlə yetiriblər.

Qeyd edək ki, öldürülən şəxs Haş şəhərindəki İmam Hüseyn məscidinin din xadimidir.

Bütün xəbərlər Facebook səhifəmizdə