ABŞ Rusiyanın 3 qurumuna sanksiya tətbiq edəcək - Con Kirbi

ABŞ Rusiyanın 3 qurumuna sanksiya tətbiq edəcək - Con Kirbi

ABŞ İrandan pilotsuz uçuş aparatlarının alınması ilə əlaqədar Rusiyanın üç qurumuna qarşı sanksiya tətbiq edəcək. SİA xəbər verir ki, bu barədə Ağ Evin rəsmisi Con Kirbi məlumat verib.

Sanksiya siyahısına Rusiya Aerokosmik Qüvvələri və Rusiya Müdafiə Nazirliyinin 924-cü Pilotsuz Aviasiya Mərkəzi daxil ediləcək. Kirbi üçüncü qurumun adını açıqlamayıb.

Ağ Ev rəsmisi qeyd edib ki, ABŞ müttəfiqləri ilə Rusiya və İran arasında müdafiə tərəfdaşlığını müzakirə etmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə